1180 gün gözlədi...
29.11.2022 - 22:16
1180 gün gözlədi...

Niderland millisinin futbolçusu Frenki de Yonq uzun fasilədən sonra yığmada qol vurub.

Apasport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 1180 gündən sonra "narıncılar"ın heyətində fərqlənib.

"Barselona"nın üzvü DÇ-2022-nin qrup mərhələsinin III turunda Qətərin qapısına yol tapıb. Bu, onun yığmada ikinci qolu olub.

Qeyd edək ki, futbolçu buna qədər yığmada keçirdiyi 47 matçda cəmi 1 dəfə fərqlənmişdi. O, 2019-cu il sentyabrın 6-da Almaniyanı məyus etmişdi.

writer photo
Əlirza Əlirzalı
0