28 illik rekord qırıldı
27.11.2022 - 18:12
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 28 ilin azarkeş rekordu qırılıb.
Apasport.az saytı xəbər verir ki, ötən gecə keçirilmiş Argentina – Meksika matçını 88966 futbolsevər izləyib.
Bu, son 28 ilin rekordu kimi tarixə düşüb.
Belə ki, bundan öncə ən çox tərəfdar toplamış matç 1994-cü ildə keçirilmiş dünya çempionatının finalı olub. Həmin vaxt Braziliya və İtaliya yığmaları arasında baş tutmuş həlledici oyunu 94194 azarkeş izləyib.
Qeyd edək ki, Argentina yığması həmin oyunda Meksikanı 2:0 hesabı ilə məğlub edib.
0
0