Almaniyada qollar, Finlandiyada “quraqlıq”
07.06.2022 - 10:44
Almaniyada qollar, Finlandiyada “quraqlıq”

Millətlər Liqasının bugünkü oyunlarına ekspress kupon açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Dmitri Razumets proqnozsevərlərə iki matç təklif edir.

Onun hazırladığı kuponun əmsalı 2,94-ə bərabərdir. Mütəxəssis Almaniya – İngiltərə matçında hər iki komandadan qol gözləyir. Finlandiyanın Monteneqro ilə ev görüşündə isə qol sayı 2-dən artıq olmayacaq.

Razumets bu fikirlərini statistika ilə əsaslandırıb. Almaniya bir ildir meydanı qolsuz tərk etmir. Sonuncu qolsuz matç İngiltərəyə qarşı AVRO-2020-dəki matç idi ki, ondan sonra Yoahim Löv istefa verdi. Futbolun yaradıcıları isə üç gün əvvəl Macarıstana uduzana qədər 14 görüşdə qolsuz qalmamışdı. 

Son 5 oyunda Finlandiyanın beş, Monteneqronun altı qol vurması isə digər görüşdəki məhsuldarlığın aşağı olmasından xəbər verir. Bir sözlə, Finlandiyada qol “quraqlığ”ı gözlənilir.

Almaniya – İngiltərə: Q/Q
Finlandiya – Monteneqro: 2,5 Alt
 

writer photo
Əlirza Əlirzalı
0