Argentina 6-cı dəfə mundialın finalında - YENİLƏNİB
14.12.2022 - 00:55
Argentina 6-cı dəfə mundialın finalında - YENİLƏNİB

Bu gün DÇ-2022-də yarımfinal mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk finalçı Argentina və Xorvatiyanın duelində bəlli olub.

Cənubi Amerikanın mübarizəni davam etdirən son təmsilçisi son dünya finaçısı Xorvatiyanı böyük hesabla məğlub edib. Bununla da da Argentina 6-cı dəfə (1930, 1978, 1986, 1990, 2014, 2022) finala vəsiqə qazanıb. Xorvatiya isə tarixində 2-ci dəfə dünya üçüncülüyü uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, digər finalçı sabah keçiriləcək Fransa – Mərakeş görüşündə bəlli olacaq.

DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina – Xorvatiya - 3:0
Qollar:
Lionel Messi, 34. Xulian Alvares, 39, 69
 

writer photo
Əlirza Əlirzalı
0