"Atletiko" bu futbolçusunu 100 milyondan az qiymətə satmayacaq
25.12.2022 - 13:47
"Atletiko" bu futbolçusunu 100 milyondan az qiymətə satmayacaq

"Atletiko" Portuqaliya millisinin futbolçusu Joau Feliksi icarəyə verməyə hazırdır.

Apasport.az xəbər verir ki, Madrid klubu 23 yaşlı yarımmüdafiəçini qışda buraxmağa hazırdır.

Əgər söhbət tam hüquqlu transferdən gedirsə, o zaman "Atletiko" oyunçu üçün ən azı 100 milyon avro istəyəcək. Eyni zamanda klub başa düşür ki, mövsümün ortasında belə məbləği ödəməyə qadir komandalar çox azdır. Ona görə də klub Feliksi icarəyə vermək variantını nəzərdən keçirməyə hazırdır.

"Atletiko" Joaunu satın alma hüququ olmadan mövsümün sonuna qədər icarəyə vermək istəyir. Madrid klubu icarə ödənişi kimi 9 milyon avro tələb edir. Bundan əlavə, "roxiblankos" Feliksi icarəyə götürən klubun onun maaşını tam verməsini istəyir.

“Mançester Yunayted” və “Arsenal” portuqaliyalı futbolçunu transfer etmək niyyətindədir. Feliksin klubu dəyişmək istəməsinin yeganə səbəbi baş məşqçi Dieqo Simeone ilə fikir ayrılığıdır.

Qeyd edək ki, bu mövsüm Joau Feliks bütün turnirlərdə "Atletiko"nun heyətində 18 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2022-də Portuqaliya millisinin heyətində 3 oyunda 1 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0