Avropa Liqası: 1/4 final cütləri açıqlandı - YENİLƏNİB
15.03.2024 - 16:17
Avropa Liqası: 1/4 final cütləri açıqlandı  - YENİLƏNİB

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin cütləri müəyyənləşib. 

Apasport.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib. 

Çempionlar Liqasında olduğu kimi, kor püşkdə çıxacaq ilk komanda ev sahibi olacaq. 

1/4 final

11-18 aprel

"Milan" - "Roma" 

"Liverpul" - "Atalanta" 

"Bayer Leverkuzen" - "Vest Hem" 

"Benfika" - "Marsel" 

Yarımfinal

2-9 May

"Benfika" - "Marsel" cütünün qalibi / "Liverpul" - "Atalanta" cütünün qalibi

"Milan" - "Roma" cütünün qalibi / "Bayer Leverkuzen" - "Vest Hem" cütünün qalibi

Qeyd edək ki, "Benfika" - "Marsel" / "Liverpul" - "Atalanta" yarımfinal cütünün qalibi 22 may tarixində keçiriləcək finalın nominal ev sahibi olacaq. 

writer photo
Əlirza Əlirzalı
0