UEFA Avropa Liqasında pley-off mərhələsinin cütləri məlum olub.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın 7:2 hesabı ilə məğlub etdiyi "Ludoqorets" Moldovanın "Petrokub" komandası ilə qarşılaşacaq.
Türkiyə təmsilçisi "Beşiktaş" isə İsveçrənin "Luqano" klubu ilə üz-üzə gələcək.
Ötən mövsüm İsveçrə komandası UEFA Avropa Konfransı Liqası qruplarında "Beşiktaş"la qarşılaşıb və səfərdə qalib gəlib (2:3). Öz meydanında isə məğlub olub (0:2).
Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 22 və 29-da keçiriləcək.
Dinamo (Minsk) – Anderlext (Belçika)
Yagelloniya (Polşa) – Ayaks (Niderland)
Ludoqorets (Bolqarıstan) – Petrokub (Moldova)
Luqano (İsveçrə) – Beşiktaş (Türkiyə)
LASK (Avstriya) – Styaua (Rumıniya)
RFŞ (Latviya) – APOEL (Kipr)
Makkabi (Təl-Əviv, İsrail) – Baçka Topola (Serbiya)
PAOK (Yunanıstan) – Şemrok (İrlandiya)
Ferentsvarol (Macarıstan) – Borats (Bosniya)
Molde (Norveç) – Elfsborq (İsveç)
Braqa (Portuqaliya) – Rapid (Avstriya)
Viktoriya (Çexiya) – Harts (Şotlandiya)