Bu gün Avropa Liqasında III təsnifat mərhələsi başa çatacaq.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 6 görüşü olacaq.
“Fənərbaxça” Çexiyada “Slovaçko”nun qonağı olacaq. Türkiyə klubu İstanbuldakı ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust
⚽ 20:00. HİK (Finlandiya) – “Maribor” (Sloveniya)
⚽ 21:00. “Slovaçko” (Çexiya) – “Fənərbaxça” (Türkiyə)
⚽ 21:00. “Sürix” (İsveçrə) – “Linfild” (Şimali İrlandiya)
⚽ 22:00. “Düdelanj” (Lüksemburq) – “Malmö” (İsveç)
⚽ 22:30. “Slovan” (Slovakiya) – “Olimpiakos” (Yunanıstan)
⚽ 23:00. “Partizan” (Serbiya) - AEK (Kipr)