AVRO-2024-ün seçmə mərhələsinin 4 qrupunda növbəti oyunlar baş tutub.
Apasport.az saytı xəbər verir ki, yığmamızın yer aldığı qrupda liderlərin ifasında asan qələbələr qeydə alınıb.
Belçika millisi öz meydanında Estoniyanın qapısından 5 cavabsız top keçirib. Avstriya isə səfərdə İsveçin qapısından üç top keçirib. Bu məğlubiyyətdən sonra rəqiblərdən 7 xal geri qalan isveçlilər son üç oyunda çətin bu fərqi aradan götürə bilsinlər. Belçika və Avstriya Almaniyada təşkil olunacaq Avropa çempionatının final mərhələsində çıxış etməyə xeyli yaxınlaşıb.
İspaniya yığması növbəti böyükhesablı qələbəsini qazanıb. Üç gün əvvəl Gürcüstanın qapısından 7 top keçirən ispanlar bu dəfə Kipri darmadağın ediblər. Komanda 6:0 hesabı ilə qələbə qazanıb.
AVRO-2024, seçmə mərhələ
12 sentyabr
A qrupu
İspaniya – Kipr – 6:0
Norveç – Gürcüstan – 2:1
Şotlandiya – 15, İspaniya – 9, Norveç – 7, Gürcüstan – 4, Kipr – 0 xal.
C qrupu
İtaliya – Ukrayna – 2:1
Malta – Şimali Makedoniya – 0:2
İngiltərə – 13, Ukrayna – 7, Ukrayna – 7, Şimali Makedoniya – 7, Malta – 0 xal.
F qrupu
Belçika – Estoniya – 5:0
İsveç – Avstriya – 1:3
Belçika – 13, Avstriya – 13, İsveç – 6, Azərbaycan – 1, Estoniya – 1 xal.
İ qrupu
İsrail – Belarus – 1:0
Ruminiya – Kosova – 2:0
İsveçrə – Andorra – 3:0
İsveçrə – 14, Rumıniya – 12, İsrail – 11, Belarus – 5, Kosova – 5, Andorra – 0 xal.