Benzema, Kante və Poqba finala dəvət olundu
16.12.2022 - 00:20
Benzema, Kante və Poqba finala dəvət olundu

Fransa prezidenti Emanuel Makron zədə səbəbindən turnirdə iştirak edə bilməyən milli komandanın oyunçularını DÇ-2022 finalına dəvət edib.

Apasport.az xəbər verir ki, dövlət başçısı komandanın Argentina ilə oyununda Kərim Benzema ("Real"), NQolo Kante ("Çelsi") və Pol Poqbanın ("Yuventus") finalda iştirak etməsini istəyib.

Fransanın idman naziri Ameli Udea-Kastera bu məlumatı təsdiqləyib: “Onun bunu istədiyini bilirəm. Bu bir plandır. Gəlin görək logistika və dəstək baxımından nə edə bilərik. Amma prezidentin istəyi odur ki, onlar iştirak etsinlər, bu macərada iştirakı qəbul etsinlər".

Qeyd edək ki, daha əvvəl "Real"ın Kərim Benzemanın Qətərə getməsinə qarşı olmadığı bildirilirdi.

writer photo
Əlirza Əlirzalı
0