Millətlər Liqasında V tura start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı C liqasının 3-cü qrupunda günün ilk oyunu baş tutub.
Qrupun lideri Qazaxıstan öz meydanında autsayder Belarusu qəbul edib. İlk yarının ortalarında Mixail Qabişev meydan sahiblərini hesabda önə keçirsə də, fasilə öncəsi Pavel Savitski tarazlıq qoluna imza atıb.
Qazaxıstan yığması final fitinə 11 dəqiqə qalmış qələbə qolunu vurmağa müvəffəq olub. Baxtiyor Zaynutdinovun fərqlənməsi komandasına təkcə 3 xal deyil, həm də qrup qalibi kimi B liqasına vəsiqə qazandırıb.
Xal hesabını 13-ə çatdıran Qazaxıstan Slovakiya və Azərbaycan yığmalarının nəzəri şanslarının üstündən xətt çəkib. Məğlubiyyətlə son pillədə qalan Belarusun start heyətində meydana çıxan “Neftçi”nin hücumçusu Yeqor Boqomolski 61 dəqiqə şans qazanıb.
Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Millimiz C liqasında qalmaq üçün 1 xal qazanmalıdır.
1 |
Qazaxıstan |
5 |
4 |
1 |
0 |
8-3 |
13 |
2 |
Slovakiya |
4 |
2 |
0 |
2 |
3-3 |
6 |
3 |
Azərbaycan |
4 |
1 |
1 |
2 |
2-3 |
4 |
4 |
Belarus |
5 |
0 |
2 |
3 |
2-6 |
2 |