Bukmekerlərin əksinə PROQNOZ
09.06.2022 - 17:59
Bukmekerlərin əksinə PROQNOZ

Braziliya A seriyasında X tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, “Koritiba” öz meydanında “San-Paulu” ilə qarşılaşacaq.

Futbol eksperti Stanislav Roqaçov matça proqnoz verib. Cənubi Amerika futbolu üzrə mütəxəssis görüşün dəqiq hesabını da təxmin edib:

Meydan amilinə baxmayaraq, bukmekerlər “üçrəngliləri” daha şanslı sayır. Bu da “San-Paulu”nun uzunmüddətli uğurlu seriyası ilə bağlıdır.

Amma “Koritiba” da evdəki matçlarda yaxşı nəticələrə malikdir. Bu üzdən onların əleyhinə mərc etməyə tələsmək olmaz.

Bukmekerlər əmsalları müəyyənləşdirərkən bu komandanı sanki düzgün qiymətləndirmir. “Yaşıllar” cari mövsüm öz meydanında 100 faizlik nəticəyə malikdir. Bu. A seriyasında ən yaxşı nəticədir. “San-Paulu” isə səfər qələbəsinə həsrətdir.

Turnir cədvəlində də demək olar ki, qonşu olan rəqiblər arasında ciddi səviyyə fərqindən danışmağa dəyməz. Bütün bunlara baxmayaraq, qonaqları favorit göstərsələr də, mən əksini düşünürəm. “Koritiba” bu gün uduzmayacaq. Hətta qalib də gələ bilər.

Proqnozum: Dəqiq hesab - 2:1
 

writer photo
Əlirza Əlirzalı
0