"Çelsi" 35 milyona müdafiəçi alır
24.12.2022 - 23:53
"Çelsi" 35 milyona müdafiəçi alır

"Çelsi" mərkəz müdafiəçisi Benua Badyaşillə maraqlanır.

Apasport.az xəbər verir ki, hazırda "Monako"nun futbolçusu olan Badyaşil üçün tərəflər arasında danışıqlar gedir. 21 yaşlı futbolçunun yaxın həftələrdə 35 milyon avroya London klubuna keçəcəyi gözlənilir.

"Ayntraxt"ın futbolçusu Evan Ndika və "Bayer"in futbolçusu Pyero İnkapie də "mavilər"in diqqətini çəkib. Bundan əlavə, "Çelsi" hələ də Yoşko Quardiolla ("Leypsiq") maraqlanır. Lakin Xorvatiya millisinin oyunçusunun artan qiyməti Premyer Liqa komandasını başqa variantlar axtarmağa məcbur edib.

Qeyd edək ki, Benua Badyaşil bu mövsüm Fransa çempionatında 11 oyuna çıxıb və 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0