“Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Litva klubu “Panevejis” və ya Qazaxıstan komandası “Ordabasi” Azərbaycan çempionunun 3-cü mümkün rəqibi ola bilər.
Adıçəkilən klubların yer alacağı səbət daha əvvəl qeyri-müəyyən idi. Onların püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaqları artıq dəqiqləşib.
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.