Corcinadan ittiham: “Yanlış qərar verdi”
12.12.2022 - 13:12
Corcinadan ittiham: “Yanlış qərar verdi”

Portuqaliya millisinin DÇ-2022 ilə vidalaşmasına Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges də biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı model Qətərdəki mundialın 1/4 final mərhələsinin Mərakeşlə oyunundakı məğlubiyyətdə baş məşqçi Fernandu Santuşu ittiham edib.

Corcina mütəxəssisi Kriştiano Ronaldonu start heyətinə daxil etməməkdə günahlandırıb: “Bu gün sənin dostun və məşqçin yanlış qərar verdi. O dostun ki, sən onun barədə həmişə hörmət və heyranlıqla danışmısan. Həmin adam ki, sən meydana çıxanda hər şeyin necə dəyişdiyini gördü, amma artıq gec idi. Dünyanın ən yaxşı oyunçusunu, ən güclü silahını qiymətləndirməmək olmaz. Buna layiq olmayanları müdafiə etməyə də dəyməz. Həyat bizə dərs verir. Biz bu gün uduzmuruq, öyrənirik”. 

Qeyd edək ki, Portuqaliya Mərakeşlə qarşılaşmada 0:1 hesabı ilə uduzub. Ronaldo bu matçda meydana sonradan daxil olub.
 

writer photo
Əlirza Əlirzalı
0