DÇ-2022: Argentina və Uruqvayın ƏT PLANI
18.11.2022 - 14:44
Qətərdə keçiriləcək DÇ-2022-nin iştirakçısı olacaq Argentina ilə Uruqvay özləri ilə Asiya qitəsinə ərzaq da gətirib.
Apasport.az saytının məlumatına görə, Cənubi Amerika ölkələri hərəyə 900 kq ət gətirməyi zəruri sayıb.
Bu iki ölkə ən böyük ət istehlakçılarından sayılır. Bu ölkələrdə ən populyar yemək növü isə asadodur. Bunun ət parçalarından hazırlanmasını nəzərə alan cənubi amerikalılar belə addım atıb.
Qeyd edək ki, asado yeməyə üstünlük verən Argentina və Uruqvay bundan əvvəlki çempionatlara da özü ilə ət aparıb.
0
0