DÇ-2022-nin startına cəmi 5 ay qalıb.
Apasport.az saytının məlumatına görə, əksər mütəxəssislər indidən Qətərdəki yarışın favoritlərini açıqlayır.
Mundialdan kənar qalan son Avropa çempionu İtaliyanın baş məşqçisi Roberto Mançini də proqnozunu gizlətməyib. Təcrübəli mütəxəssis DÇ-2022-də 4 favorit görür:
“Almaniya və İngiltərə hazırda iki ən güclü komandadır. Onların əla futbolçuları var. Bizim komanda isə çox dəyişib. Mən Almaniyanı dünya çempionatının favoritləri kimi Braziliya, Argentina və Fransa ilə bir sırada görürəm. Onlar texnikalı, əks-hücumda sürətlidir, çox pressinq edir. Mükəmməl komanda olan Almaniya vahid komanda kimi 100 faiz yetişib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.