Qətərdə keçiriləcək DÇ-2022-də seks qadağası olacaq.
Apasport.az saytının məlumatına görə, bunu “Daily Star” nəşri açıqlayıb.
Asiya ölkəsinin polis idarəsindəki mənbələrə əsaslanan həmkarlarımız mundial vaxtı evli olmayan şəxslər arasında intim münasibətlərə rəsmi qadağa qoyulacağını iddia edir. Bu, turnirə yollanacaq futbolçular, komandaların personalı və fanatlara da şamil olunacaq. Qanunu pozanlar azadlıqdan 7 il müddətinə məhrum ediləcək.
Mənbə bildirib ki, yalnız ailə həyatı quranlara icazə var: “Əgər siz Qətərə ər-arvad kimi gəlməmisizsə, seks siyahıdan çıxarılıb. Bu turnirdə bir gecəlik seks olmayacaq. Heç bir gecə təşkil olunmayacaq. Həbsxanaya düşməklə bağlı risk etmək istəməyənlər özünü ələ almalıdır. Dünya çempionatları tarixində ilk dəfə seks qadağası olacaq. Azarkeşlər buna hazır olmalıdır”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.