DÇ-2022: Ev sahibinin FİASKOSU
25.11.2022 - 20:30
DÇ-2022-yə ev sahibliyi edən Qətərin futbol üzrə milli komandası çıxışı ilə azarkeşlərini üzməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, qrup mərhələsində Ekvador və Seneqal yığmalarına məğlub olan Asiya təmsilçisi növbəti antirekordlara imza atıb.
Qətərlilər dünya çempionatında ilk 2 matçında və qrup mərhələsində eyni sayda görüşdə yenilən ilk meydan sahibi olub.
I turda Ekvadora "boyun əyən" Feliks Sançesin yetirmələri mundialın birinci oyununda uduzan ilk ev sahibi komanda olmuşdu.
Qeyd edək ki, Qətər millisi Ekvador 0:1, Seneqala isə 1:3 hesabı ilə məğlub olub.
0
0