“Yuventus”un baş məşqçisi Anhel Di Mariya və Adrian Rabyonun gələcəyi ilə bağlı danışıb.
Apasport.az saytının məlumatına görə, Massimo Alleqri hər iki fotbolçunun komandada qalmasını arzulayır.
Onun sözlərinə görə, iyunun 30-da müqaviləsi bitən oyunçularla bağlı qərar mövsümün sonunda veriləcək: “Gələcəkdə nə olacağını bilmirik, hər şey Çempionlar Liqasına qazanılacaq vəsiqədən asılıdır. Hazırda əsas məqsədimiz budur. Bundan sonra futbolçular barəsində qərar veriləcək. Heyətdəki futbolçuların qalmasını istərdim”.
Qeyd edək, “Yuventus”un heyətində Di Mariya 20, Rabyo 8 qol vurub.
Di Mariya ÇL-i gözləyir
02.05.2023 - 21:19
0
0