AFFA “Neftçi”nin futbolçusunun cəzasını açıqladı
27.10.2022 - 13:14
AFFA “Neftçi”nin futbolçusunun cəzasını açıqladı

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının X və XI turunda qeydə alınmış neqativ halları müzakirə edib.

Apasport.az saytının məlumatına görə, toplantıda X turun “Sabah” – “Zirə” oyununda ikincilərin yarımmüdafiəçisi Coşqun Diniyevin hərəkətinə növbəti dəfə baxılıb.

Milli komandamızın üzvü matçın 84-cü dəqiqəsində qırmızı vərəqə ilə meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə 1 oyunluq cəzalanıb, klubunu 2400 manat ziyana salıb. Həmçinin qərara alınıb ki, stadiondakı əmlaka dəymiş zərər “Zirə” tərəfindən stadion sahibinə kompensasiya edilsin.

XI turda “Şamaxı” ilə matçda birbaşa qırmızı vərəqə alan “Səbail”in futbolçusu Tural Bayramlı 2 oyunluq diskvalifikasiya edilib, klubu 1600 manat cərimələnib.

“Sabah”la görüşdə isə “Neftçi”nin oyunçusu İsmayıl Zülfüqarlı birbaşa qırmızı vərəqə alıb. O da eyni cəzaya məruz qalıb və “ağ-qaralar”ı 1600 manat xərcə salıb.

writer photo
Əlirza Əlirzalı
0