"Osiyek"in baş məşqçisi: "Bizim bəxtimiz gətirmədi"
15.08.2024 - 23:39
"Osiyek"in baş məşqçisi: "Bizim bəxtimiz gətirmədi"

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə" "Osiyek"lə cavab matçına çıxıb. Təmsilçimiz rəqibini penaltilər seriyasında üstələyib.

Apasport.az xəbər verir ki, gərgin keçən matçdan sonra qonaqların baş məşqçisi Federiko Koppitelli jurnalistlərin suallarını cavablandırıb:

- Bu matçdakı uğursuz nəticəni nə ilə əlaqələndirirsiz?

Zirə çox yaxçı komandadır. Onlar Avropa Liqasından bura gəlmişdilər. Birinci səbəb budur. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlöv oynadıq. Ona görə rəqib mərhələ keçdi.

- Dünən demişdiz ki, komandanız penaltilər seriyasına hazırdır, amma cəmi bir qol vura bildiz...

- Nə deyim? Beş penaltidən cəmi birini vurduq. Bizim bəxtimiz gətirmədi. Zədəlilərimiz var idi. Transferlərimizdə də kifayət qədər oyunçu ala bilmədik.

- "Zirə"yə məğlubiyyət Xorvatiyada sizə qarşı tənqidləri artıra bilər?

- Ölkəyə görə müqayisə etmək istəməzdim. "Zirə" çox yaxşı komandadır. Çox yaxşı çıxış etdi.

- Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdiz. Sizcə bunun səbəbi nə idi?

- 15-16 oyunçumuz var. Hər bir oyunçuya təşəkkür edirəm. Xüsusilə də, müdafiəçimiz yarımmüdafiəçisi kimi çıxış etdi. "Zirə"ni bazar günü izləmişdim. Başqa heyətlə oynamışdılar. Onlarda 6 oyunçu fərqi var idi, bizdə isə eyni heyət idi. Yorğunluğumuz var idi.

- Sizin fikrinizcə məğlubiyyətinizə səbəb hakim ola bilər? Ona çox tez-tez etiraz edirdiz...

- Bunu məğlubiyyətin səbəbi kimi adlandırmaq istəməzdim. O, öz işini görürdü, biz də. Eyni epizodları fərqli dəyərləndirirdi. 

- Styopa Mkrtçayanı gətirmədiyiniz üçün peşmansız? Çünki Azərbaycan tərəfi onun təhlükəsizliyinə təminat vermişdi...

- Gətirə bilsəydik, gətirərdik. Sadəcə klubumuzun qərarı, mövqeyi belədir. Əmin olun ki, gətirsəydik, oynayacaqdı.

writer photo
Əlirza Əlirzalı
0