“Qarabağ” uduzmayacaq – MÜTƏXƏSSİS RƏYİ
12.10.2022 - 17:18
“Qarabağ” uduzmayacaq – MÜTƏXƏSSİS RƏYİ

Sabah Bakıda Avropa Liqasının IV turunun “Qarabağ” – “Olimpiakos” matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, G qrupunun görüşü betterlərin və ekspertlərin maraq dairəsindən kənar qalmayıb.

Futbol mütəxəssisi İvan Belentsov qarşılaşmaya proqnoz verib. O, ikiqat mərci məqsədəuyğun sayıb:

Bukmekerlər meydan sahiblərini oyunun favoriti sayır. Amma “Olimpiakos” da asanlıqla təslim olmayacaq.

Bir həftə əvvəlki qarşılaşmada Yunanıstan çempionu favorit idi. Amma azərbaycanlılar səviyyəli futbol nümayiş etdirdi və 3:0 hesablı qələbə qazandı.

Bu qələbə “Qarabağ”a ikinci sırada möhkəmlənmək imkanı verdi. Ağdam klubu evdə də qalib gəlmək niyyətindədir.

Qrup mərhələsinin birinci dövrəsi göstərdi ki, “Olimpiakos” üçün bu turnir bitmiş sayılır. Bütün matçlarda uduzan yunanlar çətin ki, bu dəfə canını qoysun. Quru hesablı nəticənin qeydə alınmayacağı görüşdə meydan sahibləri uduzmayacaq.

Proqnozum: 1X və Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0