Çempionlar Liqası: Bir gündə 10 oyun
09.08.2022 - 09:15
Çempionlar Liqası: Bir gündə 10 oyun

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, baş tutacaq 10 matçdan sonra pley-offun bütün iştirakçıları müəyyənləşəcək.

Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferensvaroş”un qonağı olacaq. Bakıda rəqibi ilə bərabərə qalan (1:1) ağdamlılar səfərdə qələbə qazanmağa çalışacaq.

“Ferensvaroş” – “Qarabağ” cütünün qalibinin pley-offdakı potensial rəqibləri “Viktoriya” ilə “Şerif” Çexiyada üz-üzə gələcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə Bolqarıstan “Lüdoqorets”ini qəbul edəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
9 avqust

20:00. “Jalgiris” (Litva) – “Bodo-Qlimt” (Norveç)
21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Şerif” (Moldova)
21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya)
21:45. “Midtüllann” (Danimarka) – “Benfika” (Portuqaliya)
22:00. “Ferensvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)
22:30. PSV (Niderland) – “Monako” (Fransa)
22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna)
22:45. “Reyncers” (Şotlandiya) – “Union” (Belçika)

writer photo
Əlirza Əlirzalı
0