“Real”da yeni müqavilə
07.11.2023 - 22:56
“Real”da yeni müqavilə

“Real” Eduardo Kamavinqa ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, “Kral klubu” fransalı yarımmüdafiəçi ilə anlaşmanı 2029-cu ilə qədər uzadıb. 

Müqavilədə futbolçunun sərbəst qalma dəyəri 1 milyard avro müəyyən edilib.

Qeyd edək ki, 20 yaşlı futbolçu 2021-ci ildən Madrid təmsilçisinin heyətində çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0