Yığmamızın üzvü oynadı, “Hatayspor” xal qazandı
30.09.2023 - 20:24
Yığmamızın üzvü oynadı, “Hatayspor” xal qazandı

“Hatayspor”un Türkiyə Superliqasında məğlubiyyətsiz seriyası davam edir.

Apasport.az-ın məlumatına görə, Renat Dadaşovun komandası 7-ci turda meydanı bir xalla tərk edib.

Yığmamazın üzvü “Sivasspor”la  səfər matçında 60-cı dəqiqədə meydana daxil olub. Dadaşov komandasına kömık edə bilməyib və oyun 0:0 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, “Hatayspor” 7 turdan sonra 11 xal toplayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0