“Araz-Naxçıvan”dan ilk qələbə, "Zirə" zirvədə YENİLƏNİB
12.08.2023 - 22:55
“Araz-Naxçıvan”dan ilk qələbə, "Zirə" zirvədə YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında II tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Çempionata böyükhesablı məğlubiyyətlə başlayan “Araz-Naxçıvan” və “Qəbələ” “Dalğa Arena”da üz-üzə gəliblər. Qarşılaşma debütantın inamlı qələbəsi ilə başa çatıb. Naxçıvan təmsilçisi hər hissədə bir qol vurub.

Mövsümə sensasiyalı qələbələrlə başlayan “Zirə” və “Kəpəz” qəsəbə klubunun meydanında qarşılaşıblar. Bakılılar “Qarabağ”, Gəncə klubu isə “Neftçi” üzərində qələbənin təsadüf olmadığını sübut etmək üçün meydana çıxıblar. "Zirə" meydan amilindən maksimum istifadə edərək qələbə qazanıb. Oyunun taleyini bir qol həll edib. Komandanın kapitanı Qismət Alıyev 64-cü dəqiqədə fərqlənib. İki oyunda 6 xal toplayan Rəşad Sadıqovun yetirmələri liderliyə yüksəliblər.

Qeyd edək ki, turun digər matçları avqustun 13-14-də keçiriləcək.

Misli Premyer Liqası
II tur
12 avqust (şənbə)

18:30. “Araz-Naxçıvan” – “Qəbələ” - 2:0
Qollar: 
İsmail Azzaui, 17. Elvis Maşike, 83
Baş hakim: Fərid Hacıyev
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Dalğa Arena”

21:00. “Zirə” – “Kəpəz” - 1:0
Qol: 
Qismət Alıyev, 64
Baş hakim: Kamal Umudlu
Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı. 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Kəpəz”: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Məmmədov
Zirə İdman Kompleksinin stadionu

writer photo
Əlirza Əlirzalı
0