“Uzunqulağa qarşı xüsusi simpatiyam var”.
Apasport.az saytı xəbər verir ki, bunu “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Kay Haverts deyib.
Almaniya millisinin də şərəfini qoruyan futbolçu komanda yoldaşlarının ona “uzunqulaq” ləqəbini verməsinin sirrini açıqlayıb. O bildirib, həmin heyvana bənzədilməsi sakit təbiətli olmasından irəli gəlir: “Uzunqulağ”a qarşı simpatiyamın olmasının əsas səbəbi də məhz budur. Hətta önəmli matçlarda məğlub olduğumuz zaman heyvan fermasına gedib onlara baxmaq məni rahatlaşdırır”.
Qeyd edək ki, 2020-ci ildə Leverkuzen “Bayer”indən London təmsilçisinə transfer edilən Haverts bu mövsüm 36 oyunda 9 qol və 1 assistlə yadda qalıb.