“Marsel”də vida
21.07.2023 - 17:14
“Marsel”də vida

“Marsel” futbolçusu Dmitri Payetlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

36 yaşlı yarımmüdafiəçi azad agent statusu alıb. O, 2017-ci ildən Marsel təmsilçisində çıxış edirdi. Payet 2013-15-ci illərdə də bu komandada forma geyinib.

Qeyd edək ki, yarımmüdafiəçi “Marsel”də 326 matçda 78 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0