Regekampfdan sıçrayış, Qurbanov yerində qaldı
04.09.2022 - 15:42
Regekampfdan sıçrayış, Qurbanov yerində qaldı

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda karyerasını davam etdirən 500 mütəxəssis yer alıb.

Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 157-cidir. Rumıniyalının hesabında 1649 xal var. O, son cədvəllə müqayisədə 4 addım irəliləyib.

Qurban Qurbanov 1595 xala malikdir. “Qarabağ”ın baş məşqçisi dünyanın 219-cusudir. 50 yaşlı mütəxəssis son cədvəldəki yerini qoruyub.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2203) başçılıq edir. Yurgen Klopp (2113) ikinci, Antonio Konte (2101) üçüncüdür.
 

writer photo
Əlirza Əlirzalı
0