Dortmundda 7 qol
22.01.2023 - 21:11
Dortmundda 7 qol

Almaniya Bundesliqasının XVI turu bol qollu olmağa davam edir.

Apasport.az xəbər verir ki, Dortmundda keçirilən "Borusiya" – "Auqsburq" oyununda tamaşaçılar 7 qol görüb.

Maraqlıdır ki, meydan sahibləri 3 dəfə hesabda önə keçsələr də, hər dəfə qonaqlar hesabı bərabərləşdirməyi bacarıb. Sonda daha güclü olan Dortmun təmsilçisi 4:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, dünən keçirilmiş matçlarda "Volfburq" "Frayburq"u 6:0, "Köln" isə "Verder"i 7:1 məğlub etmişdi.

writer photo
Əlirza Əlirzalı
0