Dünya və Avropa çempionu Pikenin təşkil etdiyi turnirdə çıxış edəcək
05.01.2023 - 00:45
Dünya və Avropa çempionu Pikenin təşkil etdiyi turnirdə çıxış edəcək

Portuqaliyanın futzal millisi ilə dünya və Avropa çempionu, üçqat UEFA Çempionlar Liqasının qalibi Rikardinyo İspaniya media liqasında çıxış edəcək.

Apasport.az xəbər verir ki, bu barədə əfsanəvi futzalçı öz Tvitter hesabında məlumat verib.

Qeyd edək ki, 6 dəfə dünyanın ən yaxşı oyunçusu, 2 dəfə Avropa çempionatının ən yaxşı oyunçusu, 2016-cı il dünya çempionatında isə turnirin bombardiri kimi tanınan Rikardinyonun çıxış edəcəyi Krallar Liqasının təşkilatçısı "Barselona"nın sabiq futbolçusu Jerar Pikedir.

writer photo
Əlirza Əlirzalı
0