Əzəli rəqiblərin duelinə qollu heç-heçə PROQNOZU
07.06.2022 - 14:55
Əzəli rəqiblərin duelinə qollu heç-heçə PROQNOZU

Bu gün milli komandalar arasında Millətlər Liqasının oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol eksperti Çarli Ruuds günün mərkəzi matçı sayılan Almaniya – İngiltərə görüşü ilə bağlı təxminini bölüşüb.

Mütəxəssis proqnozsevərlərə 1:1 hesabına mərc qoymağı məsləhət görüb:

Həm İngiltərə, həm də Almaniya bu gün Millətlər Liqasında ilk qələbə axtarışında olacaq. Birincilər Macarıstanda eyniadlı komandaya 0:1 məğlub oldusa, Almaniya İtaliya ilə qollu bərabərə (1:1) qaldı.

Xüsusən də, Hansi Flikin yetirmələri əzəli rəqiblərinə qalib gəlmək şansını qaçırmaq istəmir. Qaret Sautqeyt isə Budapeştdəki heyətə əl gəzdirəcək və daha güclü “11-liy”i meydana buraxacaq. Millətlər Liqası turniri almanlar üçün o qədər düşərli olmasa da, komanda öz meydanında məğlub olmayıb.

Tamaşaçıları maraqlı qarşılaşma gözləyir. Hər iki komanda turnir cədvəlindəki vəziyyətini daha da çətinə salmaq istəmir. Bu mənada heç-heçə gözləmək olar. Almaniya son məğlubiyyətini AVRO-2020-nin 1/8 final mərhələsində məhz İngiltərədən alıb. Bundestim həm 10 matçlıq uğurlu seriyanı davam etdirməyi, həm də revanşı almağı düşünəcək. Ancaq nəzərə alaq ki, ingilislər heç də ötənilkindən zəif deyil.

Proqnozum: 1:1 hesabı qeydə alınacaq.

writer photo
Əlirza Əlirzalı
0