Millətlər Liqasının II turunun bu gün keçiriləcək matçında Farer adaları və Lüksemburq üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Yevgeni Moravski qarşılaşmaya proqnoz verib.
Mütəxəsssis C liqasının matçından gözləntisini açıqlayıb:
Farer adaları Millətlər Liqasının ötən mövsümündə gözəl nəticə göstərib. D liqasında çıxış edən komanda 12 xalla qrup qalibi olub.
Əgər onların indiki rəqiblərinə baxsaq, əsas favorit Türkiyə yığmasıdır. Ada təmsilçisinin digər rəqiblər Lüksemburq və Litva ilə başabaş mübarizə apararaq rəqabət aparması mümkündür.
Elə görüşdə şimallıların rəqibi Türkiyə olub. Həmin qarşılaşmada hər şey aydın idi və yeganə sual türklərin neçə qol vuracağı ilə bağlı idi. Yekunda da tabloda 4:0 hesabı qeyd olundu.
İndi farerlilər doğma divarlar arasında Lüksemburqu qəbul edəcək. Turnirdəki son 4 ev matçında uduzmayan komanda bu görüşlərdən qol vurmadan ayrılmayıb.
Lüksemburq da Millətlər Liqasındakı son 5 səfərdə yalnız bir dəfə məğlubiyyət alıb. Lüksemburqlular demək olar hər qarşılaşmada 1-2 qola da sevinib.
Bu üzdən oyuna Üst yazmaq mümkündür. Baxmayaraq ki, bukmekerlər bu varianta o qədər inanmayaraq yüksək əmsallar təklif edir.
Proqnozum: Üst