“Ferensvaroş” hücumçusunu Türkiyə klubuna satır
03.08.2022 - 09:45
“Ferensvaroş” hücumçusunu Türkiyə klubuna satır

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş” aparıcı futbolçularından biri ilə vidalaşmağa hazırlaşır.

Apasport.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, hücumçu Frank Boli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Çünki “Qaziantep” klubu Fil Dişi Sahili millisinin üzvünü transfer etmək niyyətindədir. Zədə ucbatından “Qarabağ”la bugünkü qarşılaşmada iştirakı sual altında olan 29 yaşlı forvard Super Liqada oynamaqda maraqlıdır. “Qaziantep” onun transferi müqabilində qarşı tərəfə müəyyən məbləğdə pul və çilili hücumçusu Angelo Saqalı təklif edib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” oyunu saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0