Final: Argentina üçüncü dəfə dünya çempionu oldu - YENİLƏNİB
18.12.2022 - 21:55
Final: Argentina üçüncü dəfə dünya çempionu oldu - YENİLƏNİB

Bu gün DÇ-2022-də çempionun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, finalda ikiqat dünya çempionları – Argentina və Fransa üz-üzə gəlib.

Tərəflər indiyədək 3 dəfə mundialda qarşılaşmışdı. 1930 və 1978-ci il mundiallarında Argentina müvafiq olaraq 1:0 və 2:1 qalib gəlmişdi. Hər iki görüş qrup mərhələsində baş tutmuş və Fransa mərhələ adlaya bilməmişdi. Tərəflər sonuncu dəfə Rusiyada keçirilmiş ötən mundialın 1/8 final mərhələsində qarşılaşmış. Bol qollu keçən matçda Fransa 4:3 qalib gələrək mərhələ adlamışdı.

Elə bu oyun da bol qollu keçib. Argentina hesabda ilk hissədə vurduğu 2 top fərqi ilə öndə olsa da, 80 və 81-ci dəqiqədər Kilian Mbappenin qolları ilə matç 30 dəqiqəlik əlavə vaxta gedib. Burada da tərəflər hərəyə 1 dəfə fərqlənib. Penaltilər seriyasında isə Argentina daha yaxşı çıxış edib və 4 il əvvəlki məğlubiyyətin əvəzini çıxmaqla bərabər, 3-cü dəfə dünya çempionu olub.

Bu oyunda həm də mundialın ən çox qol vuran futbolçusunun adı müəyyənləşib. PSJ-nin 2 futbolçusu – Lionel Messi və Kilian Mbappe bu fərdi titul uğrunda mübarizə aparıb. Messi dubl etsə də, Mbappe het-trik edərək qollarının sayını 8-ə çatdırıb.

Qeyd edək ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

DÇ-2022
FİNAL
18 dekabr
19:00 Argentina – Fransa - 3:3 (penaltilər: 4:2)
Baş hakim:
Şımon Marçinyak (Polşa)
Qol: Messi, 23 (penalti), 109. Di Mariya, 36 – Mbappe, 80 (penalti), 81, 118

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Pol, Entso Fernandes, Aleksis Makalister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

writer photo
Əlirza Əlirzalı
0