Fransa Futbol Federasiyası Zidandan imtina etdi
11.12.2022 - 16:27
Fransa Futbol Federasiyası Zidandan imtina etdi

Fransa Futbol Federasiyasının rəhbərliyi Zinəddin Zidanı milli komandanın baş məşqçisi postuna dəvət etmək fikrindən vaz keçib.

Apasport.az xəbər verir ki, Didye Deşam milli ilə işləməyə davam edəcək.

Mütəxəssis ən azı AVRO-2024-ə – Almaniyada keçiriləcək Avropa çempionatının final turnirinə qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Diye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. 54 yaşlı fransalı mütəxəssisin hazırkı müqaviləsi bu ay başa çatır. Milli komanda Deşamın rəhbərliyi altında 2018-ci ildə dünya çempionu olub, ötən il isə UEFA Millətlər Liqasının qızıl medallarını qazanıb. Komanda onun rəhbərliyi altında 2016-cı il Avropa çempionatının finalında da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0