Mərakeş dünya çempionatının finalına çıxa bilməsə də, ötən mundialda olduğu kimi, bu dəfə də finalda Afrika əsilli futbolçular meydanda olacaq.
Apasport.az-ın xəbərinə görə, Fransa millisinin futbolçularının əksəri Afrika əsillidir.
Onları təqdim edirik:
Qapıçı
Stev Mondonda – keçmiş Zairdə (indiki Konqo Demokratik Respublikası) doğulub. Qardaşı Parfe Mondonda Konqonun qapıçısı olub.
Müdafiəçi
Aksel Dizazi – Konqo və Anqola mənşəlidir. Vaxtı ilə Konqo Demokratik Respublikasının U-20 millisinə də çağırılıb.
Jül Kunde – bir tərəfi Benindəndir.
Vilyam Saliba – atası livanlı, anası kamerunludur.
Dayo Upamekano – maraqlıdır ki, Portuqaliyanın müstəmləkəsi olmuş Qvineya-Bissau mənşəlidir.
İbrahima Konate – valideynləri Malidəndir.
Yarımmüdafiəçilər
Mateo Qenduzi – atası Mərakeşdəndir.
Orelyen Çuameni – Kamerun mənşəlidir.
Yusuf Fofana – Mali mənşəlidir.
Eduardo Kamavinqa – valideynləri Konqo Respublikasındandır, özü isə Anqolada qaçqın düşərgəsində doğulub.
Hücumçular
Kilian Mbapppe – atası Kamerundandır, anası Əlcəzairdəki Kabil etnik qrupundandır.
Usman Dembele – anası Mavritaniya-Seneqal, atası Mali əsillidir.
Rondol Kölo Muani – Konqo əsillidir.
Bundan başqa, heyətdə digər ölkələrlə bağlılığı olan futbolçular da var. Onlar aşağıdakılardır:
Uqo Lyoris – atası ispan mənşəlidir.
Alfons Areola – valideynləri Filippindəndir.
Rafael Varan – atası Fransanın müstəmləsi olan Martinikadandır.
Lukas və Teo Ernandes qardaşları – atalarından dolayı ispan mənşəlidirlər.
Antuan Qrizmann – alman-portuqal mənşəlidir.
Kinqsle Koman – valideynləri Fransanın müstəmləkəsi olan Qvadelupadandır.
Markus Türam – atası Lilian Türam Qvadelupada doğulub.
Səbuhi Musa