Futbol üzrə İspaniya millisi Olimpiya çempionu olub
09.08.2024 - 23:23
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, finalda İspaniya meydan sahibləri ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
0
0