Hakim Ziyeş “Qəbələ”nin futbolçusunun etdiyini təkrarladı - VİDEO
18.11.2022 - 09:16
Hakim Ziyeş “Qəbələ”nin futbolçusunun etdiyini təkrarladı - VİDEO

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçirilən Mərakeş – Gürcüstan görüşü nadir təsadüf olunan qolla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin 3:0 hesablı qələbəsində Hakim Ziyeşin də payı olub.

O, meydanın özlərinə aid hissəsindən rəqib qapısına yol tapıb. Qapıçının mövqeyini tərk etdiyini görən ulduz futbolçu uzaq məsafədən onu məyus edib.

Bir müddət əvvəl Azərbaycanda da analoji hal yaşanıb. “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov mərkəz xəttin arxasından “Zirə”nin qapısına qol vurub.

Qeyd edək ki, Mərakeş millisi DÇ-2022-yə hazırlaşır.
 

writer photo
Əlirza Əlirzalı
0