İngiltərə klubu İspaniyadan hücumçu transfer etdi - FOTOLENT
25.12.2022 - 21:14
İngiltərə klubu İspaniyadan hücumçu transfer etdi - FOTOLENT

Braziliyalı hücumçu Mateus Kunya "Atletiko"dan ayrılıb.

Apasport.az xəbər verir ki, "Vulverhempton" 23 yaşlı futbolçunun transferini açıqlayıb.

Braziliyalı mövsümün sonuna qədər icarədə olacaq. Əgər mövsümün sonunda onunla müqavilə bağlansa, bu müddət 2027-ci ilə kimi hesablanacaq.

Kunyanın alınmasının "Qurdlar"a 40-50 milyon avroya başa gəldiyi bildirilir. Futbolçu bu mövsüm hücumçu La Liqada 11 matçda yalnız 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mateus Kunya transferi ilə "Arsenal" da maraqlanırdı.

writer photo
Əlirza Əlirzalı
0