İngiltərə yenə uduzacaq, İtaliya və Türkiyənin oyununda qollar
07.06.2022 - 10:04
İngiltərə yenə uduzacaq, İtaliya və Türkiyənin oyununda qollar

Bu gün Millətlər Liqasının “ölüm qrupu”nda II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, həmçinin C liqasında yer alan Türkiyə millisi də növbəti matçına çıxacaq.

Tanınmış futbol eksperti Ozan German A liqasının III qrupundakı İtaliya – Macarıstan, Almaniya – İngiltərə və C liqasının I qrupunda baş tutacaq Litva – Türkiyə görüşləri ilə bağlı proqnozunu verib.

Türkiyəli mütəxəssisin təklif etdiyi üç oyundan ibarət kupon 6,73 əmsala bərabərdir.

Finalissimada Argentinaya məğlubiyyətdən son tez toparlanan İtaliya yığması ilk turda Almaniya ilə görüşün (1:1) ikinci hissəsindəki çıxışı ilə diqqəti çəkdi. Macarıstan da İngiltərəyə qalib gələrək sensasiya etmişdi. Onlar İtaliya səfərində də sürpriz axtarışında olacaqlar. Bu matçda 2 və ya 3 qol gözləyirəm.

İngilislər Macarıstanla qarşılaşmanı çox pis keçirdilər. Almaniya isə ilk turda İtaliya önündə hücum xəttində “dişsiz” göründü. Hər iki komandanın son performanslarına göz gəzdirdikdə Almaniyanın favorit olduğunu söyləmək olar. Evlərində qol problemini də yoluna qoyarlar.

B liqasında yer alan Türkiyə yığması ilk turda Farer adalarının qapısından 4 cavabsız top keçirdi. “Ay-ulduzlular” bu dəfə Litva səfərində qapalı müdafiəni yarmalı olacaq. Türkiyə millisinin 2:0 və ya 3:0 hesablı qələbəsini güman edirəm.

İtaliya – Macarıstan: 2-3 qol
Almaniya – İngiltərə: 1
 

writer photo
Əlirza Əlirzalı
0