"İnter" əlavə vaxtda 3 xalı əldən verdi
08.01.2023 - 01:45
"İnter" əlavə vaxtda 3 xalı əldən verdi

İtaliya A Seriyasında "İnter" vacib xal itirib.

Apasport.az xəbər verir ki, "İnter" səfərdə "Montsa" ilə bacarmayıb – 2:2.

Meydan sahibləri 90+3-cü dəqiqədə qol vuraraq məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, "İnter" 34 xalla 4-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0