"İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"
15.12.2022 - 23:31
"İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"

“Bir braziliyalı kimi mən Fransanı dəstəkləməliyəm".

Apasport.az xəbər verir ki, bunu braziliyalı sabiq qapıçı Julio Sezar deyib.

Milan "İnter"inin keçmiş qolkiperi Argentina və Fransanın qarşılaşacağı DÇ-2022 finalından gözləntilərini bölüşüb: "Messini sevirəm, o mənim üçün inanılmazdır. Amma Braziliya finala çıxsaydı, argentinalılar da Fransanı dəstəkləyərdi. Gəlin bu məqamda ikiüzlü olmayaq, hə?”

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa milli komandaları dekabrın 18-də, Bakı vaxtı ilə saat 19:00-da qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0