İran Futbol Federasiyası FİFA-ya müraciət edib.
Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, asiyalılar ABŞ-dan şikayət edib.
Onlar DÇ-2022-nin III turunun İran – ABŞ oyunu öncəsi şimali amerikalıların 10 matçlıq diskvalifikasiya edilməsini tələb edir. Asiyalılar ölkələrinin bayrağının təhqir olunduğu üçün belə cəza verilməsini istəyir.
İranlılar ABŞ milli komandasının mətbuat xidmətinin paylaşımından narazı qalıb. Amerikalılar bu ölkənin bayrağının şəklini İslam Respublikasının emblemi olmadan paylaşıb.
ABŞ tərəfi bir müddət əvvəl İranın rəsmi bayrağından imtinanın səbəbini açıqlayıb. Onlar bunun Asiya ölkəsindəki qadınlara dəstək xarakteri daşıdığını bəyan edib.
Qeyd edək ki, B qrupunun III turunun İran – ABŞ matçı noyabrın 29-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.