Bu gün DÇ-2022-nin qrup mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 13-cü günü G qrupunun oyunları ilə yekunlaşıb.
İki quru hesablı qələbə ilə 1/8 finala yüksələn Braziliyanın 17 oyunluq məğlubedilməzlik seriyasına Kamerun son qoyub. Bununla belə, Braziliya millisi qrupu 1 top fərqinə görə lider başa vurub. Belə ki, digər qarşılaşmada Avropa təmsilçiləri İsveçrə ilə Serbiya üz-üzə gəlib. Gərgin və bol qollu keçən qarşılaşmada İsveçrə 3:2 qalib gəlib.
Qeyd edək ki, DÇ-2022-də 1/8 final mərhələsinin oyunları dekabrın 3-6-da keçiriləcək.
DÇ-2022, qrup mərhələsi
H qrupu
III tur, 2 dekabr
23:00. Kamerun – Braziliya - 1:0
Qol: Vensan Əbubəkr, 90+2
Qırmızı vərəqə: Vensan Əbubəkr, 90+3 (ikinci sarı vərəqə)
23:00. Serbiya – İsveçrə - 2:3
Qollar: Aleksandar Mitroviç, 26. Duşan Vlaxoviç, 35 – Cerdan Şakiri, 20. Bril Embolo, 44. Remo Froyler, 48
1 |
Braziliya |
3 |
2 |
0 |
1 |
3-1 |
6 |
2 |
İsveçrə |
3 |
2 |
0 |
1 |
4-3 |
6 |
3 |
Kamerun |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
4 |
Serbiya |
3 |
0 |
1 |
2 |
5-8 |
1 |