Kanadadan antirekord, Belçikadan rekord
24.11.2022 - 09:35
Kanadadan antirekord, Belçikadan rekord

Kanada yığması dünya çempionatında antirekord təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, Şimali Amerika təmsilçisi Belçika ilə qrup mərhələsinin ilk tur matçında buna “nail olub”.

Rəqibinə 0:1 hesabı ilə məğlub olan kanadalılar mundiallarda keçirdiyi ilk 4 oyununda qol üzünə həsrət qalan 3-cü komanda olub. Ona qədər antirekorda Yunanıstan və Boliviya şərik idi.

Belçika isə dünya çempionatlarının qrup mərhələlərində ardıcıl 8-ci qələbəsini qazanıb. Bununla Avropa təmsilçisi Braziliyanın rekordunu təkrarlayıb.

Qeyd edək ki, F qrupunda II turun oyunları noyabrın 27-də keçiriləcək. Həmin gün Kanada Xorvatiya ilə, Belçika isə Mərakeşlə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0