Kasilyasa görə DÇ-2022-nin BOMBARDİRİ
20.11.2022 - 22:18
Kasilyasa görə DÇ-2022-nin BOMBARDİRİ

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas Qətərdə startı verilən dünya çempionatı ilə bağlı maraqlı proqnoz verib.

Apasport.az saytının məlumatına görə, keçmiş qolkiper DÇ-2022-də kimin bombardir olacağını təxmin edib.

O, vaxtilə “Real”da komanda yoldaşı olmuş portuqaliyalı Kriştiano Ronaldonu daha şanslı görüb: “Düşünürdüm ki, “Qızıl buts” Kərim Benzemaya veriləcək. Ancaq zədəsi ilə bağlı mundialdan kənarda qaldığı üçün bu, mümkünsüz görünür. Neymar və ya Lionel Messi mükafatın sahibi ola bilər. Həmçinin Kriştiano Ronaldo da. Deyəsən Ronaldo turnirə qonaq kimi gəlib. “Mançester Yunayted”də etdiyi hər şeydən sonra insanlar onunla hesablaşmır. Amma mən mundialın bombardiri kimi onu seçərdim. Kriştiano hələ də ən yüksək səviyyədə oynaya bilər”.

Qeyd edək ki, Portuqaliya yığması H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0