Çempionlar Liqasının 1/4 final mərhələsinin bu gün keçiriləcək cavab oyunlarına böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, “Bavariya” – “Mançester Siti” matçı proqnozsevərlərdən birinin riskə getməsi ilə diqqət çəkib.
Better Almaniyadakı görüşə 400 min rubl (8 min 320 manat) pul qoyub. Müştəri Münhendəki “Alyans Arena”da heç-heçə qeydə alınacağını proqnozlaşdırıb.
O, əmsalın 4,05-ə bərabər olduğu vaxt qoyuluş edib. Bu risk ona 1 milyon 620 min rubl (33 min 696 manat) uduş gətirə bilər.
Qeyd edək ki, “Bavariya” və “Mançester Siti” arasında ilk qarşılaşmada İngiltərə klubu 3:0 hesablı ev qələbəsi qazanıb. Komandaların Almaniyadakı görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.