Leandro Andrade: “Portuqaliyanı favorit görmürəm”
19.11.2022 - 21:53
Leandro Andrade: “Portuqaliyanı favorit görmürəm”

“Portuqaliyada doğulduğum və böyüdüyüm üçün bu ölkənin millisinə azarkeşlik edirəm”.

Bunu apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade 20 noyabr – 18 dekabr aralığında Qətərdə keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.

Kabo-Verde yığmasının formasını geyinən əslən portuqaliyalı futbolçu sevimli komandasının çempionluğuna inanmır: “Şərəfini qoruduğum Kabo-Verde yığması dünya çempionatına vəsiqə qazana bilmədiyindən, bu turnirdə təkcə Portuqaliyanı dəstəkləyəcəyəm. Ancaq bu komandanı favorit qismində görmürəm”.

23 yaşlı hücumameyilli oyunçu Argentinanı DÇ-2022-nin favoriti göstərib: “Hesab edirəm ki, bu dünya çempionatının favoriti Argentinadır. Çünki Argentinada tam fərqli komanda ruhu görürəm. Bu baxımdan bütün yığmalardan fərqlənirlər. Buna görə də, onları çempionluğa ən böyük namizəd sayıram”.

Qeyd edək ki, dünya çempionatının açılış oyunu Qətərlə Ekvador arasında baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0